Haqqımızda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb və Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən dövlət qurumudur.
Mərkəz Azərbaycanda multikulturalizmin və tolerantlığın mahiyyətini elmi əsaslarla öyrənir və təbliğ mexanizmləri hazırlayır, mədəni və dini müxtəlifliyin qorunması istiqamətində tədqiqatlar aparır, mədəni irsin araşdırıb qorunmasına və ahəngdar inkişafına dəstək verir.
Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün beynəlxalq əməkdaşlığı həyata keçirmək, müstəqil ekspertləri və mütəxəssisləri komissiyalar şəklində öz işinə cəlb etmək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, kurslar, seminarlar, dəyirmi masalar, görüşlər, sərgilər, müsabiqələr təşkil etmək, festivallar, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirmək, məqsəd və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, kütləvi informasiya vasitələri, o cümlədən, virtual məkanda televiziya proqramları və müvafiq internet saytları yaratmaq hüquqlarına malikdir.
Beynəlxalq statusa malik olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı şəhərində yerləşir və dünyanın müxtəlif ölkələrində filial və nümayəndəlikləri fəaliyyət göstərir.

Missiyamız
Mərkəz ölkədə tolerantlıq və mədəni müxtəlifliyin qorunmasını elmi əsaslarla araşdırır və Azərbaycan modelini beynəlxalq səviyyədə təbliğ edir.
Komitənin fəaliyyət istiqamətləri:


